AZ

DSX-nin ötən ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib

Bakı.Trend:

Yanvar ayının 6-da Dövlət Sərhəd Xidmətinin 2025-ci ilinxidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsikeçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan müşavirədəÜmummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Trend xəbərverir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, müşavirədə Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, İlham Əliyevinrəhbərliyi altında 2025-ci ilin dövlətçilik tariximiz üçün xüsusiönəm daşıması, ölkə rəhbərliyi tərəfindən Dövlət Sərhəd Xidmətiqarşısında qoyulan tapşırıqların yüksək səviyyədə yerinəyetirilməsi general-polkovnik Elçin Quliyev tərəfindən böyük qürurhissi ilə qeyd olunub.

Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideyavə düşüncələrinin Müzəffər Ali Baş Komandan, Prezident İlhamƏliyevin rəhbərliyi ilə reallaşdırılması, dövlət başçısının diqqətvə qayğısı ilə hərbi qulluqçuların sosial-məişət şəraiti, eləcə dəmənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılmasıistiqamətində aparılan işlər xüsusi vurğulanıb.

Hesabat müşavirəsində hərbi birləşmə rəhbərlərinin məruzələridinlənilmiş, struktur qurumların xidməti fəaliyyətiqiymətləndirilib.

2025-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsasnailiyyətlər sırasında:

  • dövlət sərhədini pozduqlarına görə 516, sərhədrejimini pozduqlarına görə 1226, axtarışda olan 3922, saxtasənədlərlə 108, özgəsinə məxsus sənədlə 8, dövlət sərhədindənburaxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 6nəfərin saxlanılması;
  • terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsindəxaricdə döyüşmüş 6 nəfərin saxlanılması, narkotik vasitələrinqanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla 8,qeyri-qanuni miqrasiya ilə 12 mütəşəkkil cinayətkar dəstəninzərərsizləşdirilməsi;
  • il ərzində Dövlət Sərhəd Xidmətinin struktur qrumlarıtərəfindən, həmçinin digər hüquq mühafizə orqanları ilə birgəümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78457ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuzkeçirilməsinin qarşısının alınması, 24 ton 585 kiloqram narkotikxassəli bitkinin məhv edilməsi.

2026-cı ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətəçatdırılaraq sərhədçilərin Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər birtapşırığını böyük şərəf və qürurla icra etməyə hazır olması, dövlətsərhədinin texniki vasitələrlə mühafizə və müdafiəsiningücləndirilməsi, çətin relyefə malik ərazilərdə və istənilən havaşəraitində qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsiməqsədilə hərbi qulluqçuların hazırlanması, döyüş hazırlığının daimyüksək səviyyədə saxlanılması, hərbi intizamın möhkəmləndirilməsivə şəxsi heyətin sağlamlığının qorunması istiqamətində tədbirləringörülməsi barədə göstərişlər verilib.

Məqalədə:
Seçilən
127
8
az.trend.az

10Mənbələr