Argentina futbolçusu və “İnter Mayami”nin hücumçusu Lionel Messi şəxsi həyatındakı özəlliklərindən danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Ole" nəşri məlumat yayıb.
Messi bildirib ki, özünü “çox qəribə” sayır. O, xüsusilə evdə üç oğlunun daim qaçıb səs-küy yaratdığı vaxtdan sonra tək qalmaqdan zövq alır.
Futbolçunun sözlərinə görə, uşaqların fəaliyyəti bəzən yorucu olur və o, sakitliyi tək qalmaqla axtarır.
Aytəkin TOFİQQIZI