AZ

"Kəpəz" yeni transferini açıqladı

"Kəpəz" Veysəl Rzayevin transferini açıqlayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.

Rzayev qış fasiləsində Gəncə təmsilçisinin ilk transferi olub. 23 yaşlı yarımmüdafiəçi ilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu mövsümün ilk yarısını "Turan-Tovuz"da keçirib. O, bu müddət ərzində Premyer Liqada meydana çıxdığı 3 oyunda 1 qol vurub. V.Rzayev ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.

Seçilən
6
fanat.az

1Mənbələr