AZ

Simone İnzaqi “Mançester Yunayted”in təklifinə “yox” dedi

“Mançester Yunayted” klubu Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının baş məşqçisi Simone İnzaqinin mümkün təyinatı ilə bağlı məlumat alıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə jurnalist Nikolo Skira “X” sosial şəbəkəsində yazıb. Ruben Amorimin istefasından sonra “Mançester Yunayted” İnzaqini əsas namizədlərdən biri kimi nəzərdən keçirib.

Lakin italiyalı mütəxəssis “Əl-Hilal”da qalmaq qərarı verib.

Qeyd edək ki, Ruben Amorim yanvarın 5-də “Mançester Yunayted”in baş məşqçi postunu tərk edib. Hazırda komanda Premyer Liqanın turnir cədvəlində 20 oyundan sonra 31 xalla 6-cı pillədə qərarlaşıb.

Seçilən
41
idmanxeber.az

1Mənbələr