"Bayern"in əsas müdafiəçisi Dayo Upamekanonun klubda qalacağı gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
Menhen klubu mərkəz müdafiəçisi ilə yeni müqavilə imzalamağa yaxındır. Onun hazırkı sözləşməsinin bitməsinə altı ay qalsa da, futbolçunun ayrılığı artıq real görünmür.
Bildirilir ki, klubla oyunçunun nümayəndələri əsas şərtlər üzrə razılığa gəliblər. Yalnız xırda detallar qalıb və onların da danışıqlara mane olmayacağı gözlənilir.