AZ

Suriya ordusu SDF-yə qarşı hərbi əməliyyatplanlayır

Suriya ordusu “Suriya Demokratik Qüvvələri” (SDF) birləşmələrinə qarşı hərbi əməliyyat hazırlayır. 

Redaktor.az bu barədə ölkə mediasına istinadla xəbər verir.

Aleppoda ikinci gündür ki, Suriya ordusu və SDF arasında toqquşmalar davam edir. Ordu kürd rayonlarını “hərbi qapalı zonalar” elan edərək, sakinlərə bu əraziləri tərk etməyi tapşırıb. Əməliyyat qərargahı bütün SDF mövqelərinin hücum üçün qanuni hədəf olduğunu bildirib.

Al-Jazeera məlumat verir ki, döyüşlər və yaşayış məntəqələrinin atəşə tutulması səbəbindən Aşrafiya və Şeyx Maksud rayonlarından olan sakinlər Al-Suryan bölgəsinə köçürülür.

Suriya rəsmi agentliyi SANA xəbər verir ki, SDF birləşmələri sakinlərin humanitar dəhlizlərdən istifadə edərək əraziləri tərk etməsinə mane olur.

Nuriyyə NATİQQIZI

Seçilən
90
1
redaktor.az

2Mənbələr