ABŞ Venesuelanın müvəqqəti hökumətinə Çin, Rusiya, Kuba və İrandan olan rəsmi müşavirlərini ölkədən çıxarmaq üçün təzyiq göstərir.
“Cebheinfo.az”-ın məlumatına görə, “The New York Times” qəzeti Amerika rəsmilərinə istinadən belə yazıb.
Mediada yer alan xəbərlərə görə, ABŞ dövlət katibi Marko Rubio yanvarın 5-də Konqresin yüksək vəzifəli liderləri ilə gizli görüşdə Tramp administrasiyasının Venesuelanın yeni lideri Delsi Rodrigesə qarşı tələblərini açıqlayıb.
ABŞ rəsmiləri Kuba, Rusiya, Çin və İrandan olan casusların və hərbi personalın deportasiya ediləcəyini, bəzi diplomatların isə Venesuelada qalmasına icazə veriləcəyini bildiriblər.