AZ

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edildi

BAKI, 7 yanvar. TELEQRAF

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07 yanvar 2026, 17:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Novruzov Cahangir Mütəllib oğlu

“Şöhrət” ordeni ilə

Aşina Məsud Rüstəm oğlu

“Dostluq” ordeni ilə

Acar Ziya Zakir Musa oğlu

“Tərəqqi” medalı ilə

Alaferdov Akif Qədir oğlu

Kələntər Xəlil Əliməmməd oğlu

Kərimova Sevinc Kərim qızı

Pənahova Fəridə Fərhad qızı

Siracov Bəxtiyar Tahir oğlu

Zeynalova Xədicə Əbdülrəhim qızı.

Seçilən
87
9
teleqraf.com

10Mənbələr