AZ

Təcrübəli müdafiəçi ailəvi səbəblər üzündən ''Beşiktaş''dan ayrıldı

İkinci dövrəyə hazırlaşan və Antalyada toplanışda olan ''Beşiktaş''da sürpriz bir ayrılıq yaşanıb.

"Football-plus.az" xəbər verir ki, Qabriel Paulistanın ayrılmaq və vətəninə qayıtmaq istəməsi barədə yayılan xəbərlər təsdiqini tapıb. Təcrübəli braziliyalı müdafiəçi ailəvi səbəbləri əsas gətirərək rəhbərliyə ayrılmaq istədiyini bildirib. Tərəflər qısa müddətdə maddi məsələləri yoluna qoyaraq qarşılıqlı şəkildə müqavilənin ləğvi ilə bağlı anlaşıblar.

Paulista Antalya toplanışını tərk edərək özünə yeni klub tapmaq üçün Braziliyaya yollanıb. Qabriel Paulista vida paylaşımında bu qərarı anasının xəstəliyi üzündən aldığını bildirib. Anasının uzun müddətdi xəstəlikdən əziyyət çəkdiyini, bir tərəfinin tamamilə iflic olduğunu, bu üzdən atasının da psixoloji durumunun qaydasında olmadığını, ailəsinə yaxın olmaq istədiyini vurğulayıb.

Baş məşqçi Sərgən Yalçın qısa açıqlama verərək bunları deyib: ''Bu cür böyük bir oyunçu ilə çalışmaq fürsəti əldə etdiyim üçün xoşbəxtəm. ''Beşiktaş''ın qapıları hər zaman onun üzünə açıqdı. Hər şeyə görə təşəkkür edirəm''.

Qeyd edək ki, 35 yaşlı mərkəz müdafiəçisi Türkiyədə ikinci mövsümünü keçirirdi. İstanbul nəhənginə 2024-ün yayında gələn Paulista bu klubda 45 rəsmi oyuna çıxaraq aktivinə 1 qol, 3 məhsuldar ötürmə yazdı.

Seçilən
127
1
football-plus.az

2Mənbələr