AZ

Gəncədə QƏTL: Yeniyetmə tanışını BIÇAQLADI - TƏFƏRRÜATLAR



Bu gecə Gəncə şəhər Atatürk prospektində 17 yaşlı gənc tərəfindən öldürülən 2003-cü il təvəllüdlü Zamir Rzayevin fotosu yayılıb.

aia.az Teleqraf-a istinadən xəbər verir ki, qətlə yetirilən şəxs Daşkəsən rayon sakini olsa da Gəncənin Məhsəti qəsəbəsində yaşayıb.

Hadisə gecə təxminən saat 3-00 radələrində qeydə alınıb. Tərəflər arasında mübahisə zamanı 17 yaşlı gənc Z. Rzyevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib.

Sonuncu hadisədən bir neçə dəqiqə sonra qan itkisindən vəfat edib.

***

09:56

Gəncədə qətl hadisəsi baş verib.

aia.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Z.Rzayev tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən 17 yaşlı Ö.Tağızadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

aia.az



Seçilən
9
aia.az

1Mənbələr