AZ

Böyük Britaniya Nazirlər Kabineti Ukraynaya qoşun göndərmək məsələsini müzakirə edəcək

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniya hökuməti atəşkəsdən sonra Ukraynaya qoşun göndərmək məsələsini parlament səsverməsinə çıxaracaq.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer bunu İcmalar Palatasında (Britaniya Parlamentinin aşağı palatası) çıxışında açıqlayıb.

Starmer, Fransa Prezidenti Emmanuel Makron və Vladimir Zelenski arasında sülh sazişi əldə olunacağı təqdirdə qoşun göndərmək niyyəti barədə razılığa gəlindiyini açıqlayıb.

"Təfərrüatları mümkün qədər tez ayrıca bir bəyanatla açıqlayacağıq. Vəziyyət dəyişdikcə İcmalar Palatasını məlumatlandıracağam. Əgər qoşunlar imzalanmış bəyannaməyə uyğun olaraq yerləşdirilərsə, məsələni İcmalar Palatasında səsə qoyacağam", - deyə Baş nazir bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
icma.az

1Mənbələr