AZ

FUTBOLDA QUMAR: daha 108 nəfər cəzalanacaq Aralarında qol kralları da var

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

Türkiyə futbolunda qumar oyunları iə bağlı həbs və inzibati cəzalar davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Türkiyə Futbol Federasiyası (TFF) mərc oyunlarının aktiv iştirakçısı olan futbolçu, məşqçi, menecer, hakim və klub rəhbərlərinin də aralarında olduğu daha 108 nəfərin cəzalandırılması üçün materalları Peşəkar Futbol İntizam Şurasına (PFDK) yönləndirib.

Məlumata əsasə, futbol qumarında rol almaları aşkarlanmış şəxslərin siyahısında vaxtilə Super Liqanın qol kralı olmuş Gökhan Ünalla Birinci Liqanın iki dəfə ən yaxşı qolçusu seçilmiş Taner Güllerin də adı var.

TFF-nin yaydığı və cəzalandırılması qaçılmaz olan şəxslərin siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərisiniz:

https://www.tff.org/default.aspx?pageID=1294&ftxtID=49420

Fərid ASLAN

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
mia.az

1Mənbələr