Siyasi dairələrdə adı keçən ozünü xeyriyyəçi və.s kimi təqdim edən, böyük biznes imperiyasının sahibi Ramil Əmədovla bağlı hadisələr və qalmaqallar bitmək bilmir.
Ekologiya.az bildirir ki, Bolge.tv-yə daxil olan məlumatda iddia edilən ən diqqət çəkən hadisə 2017-ci ilə yaşanıb. Beləki, Əhmədov idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı “Gelandewagen‑Mercedes” markalı avtomobillə VAZ‑2107 markalı avtomobilin sürücüsünün qarşısını kəsərək onu hədələyib və sürücüyə qarşı təhdidlər edib. Hadisənin videogörüntüləri yayılsa da, mənəvi və hüquqi məsuliyyətlə bağlı açıq nəticələr barədə ictimaiyyətə kifayət qədər aydın məlumat təqdim olunmayıb.
Ramin Əhmədov Biznes portfeli və ictimai mövqeyi ölkə mətbuatında manşetlərə daşınıb. O, "Lady Sharm" və "X‑lady", "X‑man" geyim mağazaları, "Dostluq" kafesi və "PSS‑Mühafizə" şirkətinin sahibi kimi bir çox yadda qalan hadisələrdə yer alıb. Bundan əlavə onun Nizami və Yasamal rayonlarında geniş tikinti fəaliyyətləri ilə bağlı əlaqələri barədə məlumatlar verilib — metronun “Neftçilər” stansiyası yaxınlığından başlayaraq 8‑ci kilometr bazarına gedən yolda bir sıra tikinti obyektlərinə nəzarət etdiyi də kimsəyə gizlin deyil.
Bunlarla yanaşı Əhmədov tikinti maqnatı kimi paytaxta "yaşıl terror" əsdirib. Yaşıllıqların məhv edilməsi və səkilərin zəbt edilməsi hallarını Yasamal və Nizami rayonlarında həyata keçirilməsində və ictimai ərazilərin kommersiyalaşdırılmasında adı olan iş adamlarından birincisidir. Yerli sakinlərin və jurnalist araşdırmalarının göstərdiyi kimi, yeni tikililər və kiçik müəssisələr müəyyən məkanların görünüşünü və imkanlarını dəyişdirib. Ağaclara qənim kəsilən bu iş adamı media yazılarında onun ağacların kəsilməsi və şəhər yaşıllıqlarına zərər vurulması ilə bağlı ittihamlar yer alır. Bu iddialar təkcə ətraf mühit məsələsi deyil — eyni zamanda icma narazılığı və yerli infrastrukturun kommersiyalaşdırılması ilə bağlı geniş suallar yaradır.
Oliqarxlaşdırma və nüfuz göstərmə:
Bəzi mənbələrdə R.Əhmədovun qısa müddətdə özünü "oliqarxa" çevirməsi, tikinti və ticarət obyektlərinə nəzarət etməsi və təsir dairəsini genişləndirməsi qeyd edilir. Onun ictimai tədbirlərdə və sosial platformalarda bahalı avtomobil kolleksiyalarını nümayiş etdirməsi də bu təəssüratı gücləndirir. Ramin Əhmədovun fəaliyyəti yalnız fərdi biznes maraqları ilə məhdudlaşmır — istinad olunan məlumatlar onun yerli iqtisadi mühitə, şəhər məkanlarının bölüşdürülməsinə və sosial münasibətlərə təsirini göstərir. Xüsusilə tikinti obyektlərinə nəzarət, yaşıllıqların məhv edilməsi və ictimai məkanların kommersiyalaşdırılması kimi məsələlər sakinlər tərəfindən də davamlı etirazlara səbəb olmaqdadır.