AZ

Siyəzəndə qadın xəstəxanada öldü

Siyəzən Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüm hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, 1940-cı il təvəllüdlü Lyubov Yefimovna Rurriza vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Siyəzən RMX-dən verilən məlumata görə, ötən il dekabrın 31-də saat 14:40-da 1940-cı il təvəllüdlü şəxs (qadın) xəstəxanaya hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş koma diaqnozu təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib və zəruri tibbi xidmətlər göstərilib.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, pasiyentin yanvarın 5-də saat 19:50-də bioloji ölüm faktı qeydə alınıb.

Seçilən
86
bakivaxti.az

1Mənbələr