Şəki rayonunda yerləşən ümumtəhsil məktəblərindən birində yanğın hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, hadisə Şəki rayonunun Köndələn kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif şagirdlərinin təhsil aldığı otaqların birində qeydə alınıb.
Yanğın dərs saatlarından sonra baş verdiyi üçün məktəbdə şagird və müəllim heyəti olmayıb. Hazırda müvafiq qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.
Hadisə zamanı xəsarət alan olmayıb.