“Milan” portuqaliyalı futbolçusu Rafael Leao ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Msport.az xəbər verir ki, klub rəhbərliyi oyunçunun 2031-ci ilə qədər komandada qalması üçün onun meneceri ilə danışıqlara başlayıb.
Mənbənin məlumatına görə, müqavilənin şərtləri arasında hücumçunun maaşının artırılması bəndi də yer alacaq. Baxmayaraq ki, hazırda “Milan”ın heyətində ən çox məvacib alan futbolçu Rafael Leaodur.
Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”da çıxış edir. O, klubun heyətində İtaliya çempionatının qalibi olub və Superkubokunu qazanıb. Leau daha əvvəl Portuqaliyanın “Sportinq” və Fransanın “Lill” klublarının şərəfini qoruyub.