AZ

OPEC+ ölkələri I yarımildə artıq hasilatı kompensasiya edəcəklər

BAKI, 7 yanvar. TELEQRAF

OPEC+ ölkələri yeni qrafikə əsasən 2026-cı ilin iyununadək neft üzrə artıq hasilatı kompensasiya edəcəklər.

Teleqraf xəbər verir ki, bu OPEC katibliyinin İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Omandan aldığı yenilənmiş kompensasiya planlarında əksini tapıb.

Kompensasiyanın əsas hissəsi Qazaxıstanın payına düşəcək.

Qrafikə əsasən, 2025-ci ilin dekabrında kompensasiya həcmi sutkada 267 min barel olduğu halda, 2026-cı ilin yanvarındasutkada 415 min barel olacaq. Növbəti aylarda bu göstərici mərhələli şəkildə artaraq 2026-cı ilin iyununda gündəlik 829 min barelə çatdırılacaq.

Seçilən
61
teleqraf.com

1Mənbələr