Şəhid xanımı Fizzə Mirzəyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına üzv seçilib.“Qafqazinfo” xəbər verir ki, bu barədə Agentliyinin Müşahidə Şurasının ötən gün keçirilən iclasında qərar verilib. O, qarşıdakı 4 ildə Agentliyin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərəcək.Qeyd edək ki, F.Mirzəyeva Azərbaycanın Milli Qəhrəmanı, Aprel şəhidi polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşıdır. M.Mirzəyev 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrupla birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri-bərabər döyüşdə şəhid olub. Dövlət başçısının Sərəncamı ilə Murad Mirzəyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


