Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup diaspor fəalını təltif edib.
“Yeni Sabah” həmin şəxslərlə bağlı məlumatları təqdim edir.
“Şöhrət” ordeni ilə təltif olunan Məsud Aşina Kopenhagen Universitetinin nevrologiya üzrə professorudur. O, dünyanın nüfuzlu mükafatlarından olan TÜBA-TÜBİTAK mükafatına layiq görülüb.
“Dostluq” ordeni ilə təltif olunan Ziya Acar - İqdır-Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçıdır.
“Tərəqqi” medalı ilə təltif olun Akif Alaferdov Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar həkimidir.
Xəlil Kələntər Yaponiyada yaşayan azərbaycanlı alimdir.
Sevinc Kərimova ABŞ-nin Kaliforniya ştatında Azərbaycan diasporu fəalıdır. O, 1990-cı illərdə populyar olan “Karvan” qrupunun yaradıcısıdır.
Fəridə Pənahova Böyük Britaniyadakı Azərbaycan diasporunun fəalıdır.
Bəxtiyar Siracov Avstriyada yaşayır. Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşıdır. O, 2005-ci ildə bir qrup həmkarı ilə birgə fizika üzrə Nobel mükafatı alıb.
Xədicə Zeynalova Almaniyada yaşayan azərbaycanlı pianoçudur.
İlhamə Qasımlı
Telegram kanalımız