AZ

Braziliyalı “Beşiktaş”dan getdi – RƏSMİ

“Beşiktaş” Qabriel Paulista ilə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, İstanbul klubu braziliyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Buna futbolçunun ailəvi səbəblərlə Braziliyaya qayıtmaq istəyi səbəb olub.

35 yaşlı mərkəz müdafiəçisinin karyerasını “Kruzeyro”da davam etdirməsi gözlənilir.

Paulista 2024-cü ilin yayından “Beşiktaş”da çıxış edirdi və bu mövsüm 17 rəsmi oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
49
idmanxeber.az

1Mənbələr