Bakı. Trend:
Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkətiştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunmasıməqsədilə daha bir layihə icra edilib.
Trend xəbər verir ki, bubarədə AYNA məlumat yayıb.
Bildirilir ki, Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və YəhyaHüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkilolunub. Artıq sözügedən yol kəsişməsində hərəkət işıqforlanizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayışkompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsününaltında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxtistiqamətində hərəkət edə bilirlər.
Qeyd edilib ki, layihəyə uyğun olaraq, ərazidə təhlükəsizlikadacıqları tikilərək hərəkət kanallaşdırılıb, kəsişmənin hüdudlarıboyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlananpiyada keçidləri təşkil olunub. Eyni zamanda, avtobus dayanacaqməntəqələrinin yeri optimallaşdırılıb, yeni yol nişanlarıquraşdırılıb, nişanlanma xətləri təşkil edilib.