Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
3 yanvarda ABŞ Venesuelada hərbi əməliyyata başlayıb, Prezident Nikolas Maduro və həyat yoldaşını həbs edərək Amerikaya gətirib. Maduronun həbsini demək olar ki, dünyanın hər yerində və Venesuela daxilində venesuelalılar bayram ediblər. Digər tərəfdən ABŞ İrana da etiraz aksiyalarında əhaliyə qarşı aqressiya tətbiq edilərsə, etirazçılar güllələnərsə, həbs edilərsə müdaxilə edəcəyini dilə gətirib. Donald Tramp çıxışında Kubaya, Kolumbiyaya xəbərdarlıq edib. Bu da o deməkdir ki, ABŞ dünyada “polis dövlət”, “ədələtli dövlət”, “mühakimə edən dövlət” rolunu öz üzərinə götürüb. Yəni bu hadisə bir daha sübut edir ki, büynəlxalq hüquq, verilən bəyanatlar və s. mənasızdır, kim güclüdürsə o haqlıdır. Ya da dünyanın ədalət tərəzisi ABŞ-nin əlindədir…
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Maduronun ABŞ tərəfindən həbs edilməsi, bir ölkənin suverenliyinjn pozulması aktıdır.
Məhəmməd Əsədullazadə
“Göründüyü kimi Maduroya ciddi dəstək verilməyib, xalq onu istəməyib və ABŞ prezidenti də bunu bildiyi üçün Maduronu həbs etdirdi. Bilirdi ki, xalq onu dəstəkləmir, Maduro vtoritetdir, Çinin və Rusiyanın marionetidir. Beynəlxalq hüquq pozulsa da, burada göründüyü kimi bir dövlət öz siyasi qərarlarını beynəlxalq hüquqdan üstün tutdu. Xalq ona görə sevinir ki, bu adam Venesuelanı çətin vəziyyətə salıb. Yerüstü, yeraltı sərvətlərdən səmərəli şəkildə istifadə olunmur. Xalqın vəziyyəti ağırdır. Belə olan təqdirdə, xalq bayram edir. Ola bilsin ki, ABŞ şirkətləri gələcək və sözdə "sosializm ideologiyası"ndan qurtulacaqlar. ABŞ şirkətləri yeni bir idarəetmə forması yaradılacaq, ölkə inkişaf edəcək. Təbii ki, yeni idarəetmə ABŞ-nin dəstəyi ilə Venesuelanın sabiq prezidenti Madurodan daha yaxşı olacaq. Onsuz da Maduronun legitimliyi yox idi. Qərb və ABŞ onu tanımırdı. Maduro saxtakarlıq yolu ilə hakimiyyəti zəbt etmişdi”-deyə politoloq qeyd edib.
“Ümumiyyətlə, belə hallar olur. Bu, birinci və axırıncı da deyil. Bundan sonra da belə hadisələr olacaq. Dövlətlər, imperiyalar öz geosiyasi və imperialist maraqlarını təmin etmək üçün belə bir əməliyyatlar həyata keçirir. ABŞ da Monro doktrinasına qayıdır, Qərb yarımkürəsində və Latın Amerikasında digər güclərin geosiyasi mövqeyini gücləndirməsini istəmir”-deyə Məhəmməd Əsədullazadə bildirib.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.