AZ

Rummeniggedən futbol dünyasına maliyyə xəbərdarlığı

"Bayern Münhen"in idarə heyətinin üzvü Karl-Haynz Rummenigge futbol dünyasındakı mövcud maliyyə vəziyyətini kəskin tənqid edib.

Fanat.Az xəbər verir ki, təcrübəli funksioner klubların gələcəyi ilə bağlı xəbərdarlıq edərək deyib:

"Biz daim artan maaşlar və transfer xərcləri ilə yolumuza davam edə bilmərik. Bu, ciddi bir iş üsulu deyil. İngiltərədə klublar artıq milyarderlərə, hətta Səudiyyə Ərəbistanı və Qətər kimi dövlətlərə məxsusdur. Bu amil sizi hətta Çempionlar Liqasında belə onlarla rəqabət aparmağa məcbur edir".

Rummenigge çıxış yolu kimi konkret rəqəmlər də təklif edib:

"Biz gəlirlərin maaş və transferlərə ayrılan limitini 70 faizdən 60 faizə, daha yaxşısı isə 55 faizə endirməliyik. Bizə ortaq bir həll lazımdır, 'həmişə daha çox' düşüncəsi ilə davam edə bilmərik. Klublar, oyunçular və agentlər bir araya gəlməli və gələcəyi ciddi şəkildə müzakirə etməlidirlər".

Kamil Xudiyev

Seçilən
28
1
fanat.az

2Mənbələr