AZ

Soçidə keçirilən reqbi turnirində kütləvi zəhərlənmə baş verib

Bakı, 7 yanvar, AZƏRTAC

Rusiyanın Soçi şəhərinin Lazarevski ərazisində keçirilən reqbi turniri zamanı 10–12 yaşlı uşaqlardan ibarət idmançı qrupu kütləvi şəkildə zəhərlənib.

AZƏRTAC xəbər verir ki, zəhərlənən uşaqların sağlamlıq vəziyyətinin stabil olduğu, həyatları üçün təhlükə olmadığı bildirilib.

Moskva Reqbi Federasiyası vəziyyətin tam nəzarət altında olduğunu açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumata görə, indiyədək heç bir uşaq təcili tibbi yardım xətti ilə xəstəxanaya yerləşdirilməyib. Gecə boyu idmançıların qaldığı hoteldə tibbi personal növbə çəkib və bütün zəruri tədbirlər operativ şəkildə həyata keçirilib.

Hazırda təşkilatçılar, tibbi xidmətlər və nəzarət orqanları ilə daimi əlaqə saxlanılır, hadisənin səbəbləri araşdırılır.

Seçilən
29
azertag.az

1Mənbələr