AZ

Avropa və ABŞ-də elektrikli avtomobil satışları artıb: Çində isə azalıb

Bakı. Trend:

İsveçin "Volvo Cars" şirkəti 2023-cü ilin dekabr ayındasatışlarının 2% artaraq 75.049 avtomobilə çatdığını açıqlayıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, artım əsasən Avropa və ABŞ-də tamelektrikli modellərə tələbatın yüksəlməsi ilə əlaqələndirilir.

Şirkət dekabrda tam elektrikli avtomobil satışlarının illikmüqayisədə 28% artdığını, bu göstəricinin Avropada 33%, ABŞ-da isə43% təşkil etdiyini bildirib.

Çində isə elektrikli modellərin satışında 80%-lik ciddi azalmamüşahidə olunub. Ümumilikdə elektrikli avtomobil satışları 6% artsada, elektrikli hibrid modellərə marağın azalması bu artımıməhdudlaşdırıb.

Şirkət 2023-cü il ərzində ümumilikdə 710.042 avtomobil satıb. Ənböyük bazarları isə Çin, ABŞ, Böyük Britaniya, Almaniya və İsveçolub.

Seçilən
99
1
az.trend.az

2Mənbələr