AZ

Aşağı liqaya düşməyi arzulamayan klubdan qışın ilk transferi

"Kəpəz" qış fasiləsində ilk transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sarı-göylər” Veysəl Rzayevin keçidini rəsmiləşdiriblər. 23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "Kəpəz"in formasını geyinəcək.

Veysəl mövsümün ilk yarısını “Turan-Tovuz”da keçirib. Bu müddət ərzində Premyer Liqada 3 oyuna 1 qol vuran Rzayev, Ölkə kubokunda 2 matça çıxıb və 1 dəfə fərqlənib.

Seçilən
44
sportinfo.az

1Mənbələr