Çərşənbə axşamı, yəni 6 noyabr tarixi ''Fənərbaxça'' üçün çox düşərli oldu.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi həmin gün 4 fərqli komanda idman növünün hər birində qalib gəldi.
Futbolda ''Fənər'' superkubokun yarımfinalında ''Samsunspor''da qarşılaşdı. Hər hissədə bir qol vuran ''sarı-lacivərdlilər'' 2:0 hesablı inamlı qələbə qazandılar və finalda ''Qalatasaray''a rəqib oldular. Final matçı yanvarın 10-da ''Atatürk Olimpiya''da keçiriləcək.
Kişilər arasında basketbolda Avropanın ən mötəbər klub turniri sayıla Avroliqanın 20-ci turunda ''Fənər'' ''Olimpiakos''u qəbul etdi. Turnirin son qalibi statusunda olan ''Fənərbaxça'' ilk yarını 36:40 geridə tamamlasa da, yekunda 88:80 üstün oldu. Qadınlar arasında basketbolda isə ''Fənər'' Türkiyə kubokunun 1/4 finalında ''Nesibe Aydın''ı 109:56 yenərək adını ''dördlər finalı''na yazdırdı.
Və nəhayət, qadınlar arasında voleybol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda İstanbul nəhəngi Polşada Lodz ilə oyunda 25:16, 25:20, 25:11-lik setlərlə 3:0-lıq inamlı qələbə qazandı. İlk iki turda Portuqaliya təmsilçisi ''Benfika'' və İtaliya təmsilçisi ''Qorqonzona''nı yenən ''Fənər'' qrupda ardıcıl 3-cü zəfərini əldə etdi.
Beləliklə, ''Fənərbaxça'' günü 4-də 4 ilə tamamlayaraq fanatlarına gözəl anlar yaşatdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta