AZ

Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların hərəkət qrafiki açıqlanıb

Bakı. Trend:

12 yanvar 2026-cı il tarixindən fəaliyyətə başlayacaqGəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların hərəkət qrafikiaçıqlanıb.

Trend ADY-na istinadən xəbərverir ki,qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol VağzalındanQəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkətedəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.

Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyədə imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləkistansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələistiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkünolacaq. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarıilə Bakıya gələ bilərlər.

Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmətgöstəriləcək. Qatarlarda standart, standart+, biznes və birincisiniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimalqiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələistiqamətində isə 1.70 AZN təşkil edir.

Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiyavə dayanacaqlarından da istifadə edə biləcəklər.

Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqivasitəsilə əldə etmək mümkündür.

Seçilən
107
48
az.trend.az

10Mənbələr