AZ

Azərbaycandan Ermənistana növbəti neft məhsulları partiyası göndəriləcək

Azərbaycan yanvarın 8-də dəmir yolu ilə Ermənistana növbəti benzin və dizel yanacağı partiyasını göndərəcək. 

KONKRET.az xəbər verir kiBildirilib ki, 8 yanvar 2026-cı il tarixində Azərbaycandan – Güzdək stansiyasından və Bakı Yük Stansiyasından – Ermənistana növbəti neft məhsulları tədarükü həyata keçiriləcək.

Göndəriş çərçivəsində 1 000 ton Aİ-92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton Aİ-95 markalı benzin Ermənistana çatdırılacaq.

Xatırladaq ki, ötən ilin 19 dekabrına keçən gecə “Azərbaycan Dəmir Yolları”na məxsus yük qatarı 22 vaqonla 1 220 ton Aİ-95 markalı avtomobil benzini Böyük-Kəsik stansiyasına çatdırmışdı. Daha sonra qatar Gürcüstan ərazisi vasitəsilə tranzit keçərək Ermənistana daxil olmuşdu.

Yanacaq tədarükü ilə bağlı razılaşma 28 noyabr tarixində Qəbələdə Azərbaycan və Ermənistanın baş nazir müavinləri – Şahin Mustafayev və Mher Qriqoryan arasında keçirilən görüşün nəticəsi olaraq əldə olunub.

Bundan əlavə, ötən ilin noyabr ayında Qazaxıstan və Rusiyadan olan taxıl yükləri də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılıb.

KONKRET.az

Seçilən
76
1
konkret.az

2Mənbələr