AZ

Danimarka ordusu ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsinə dərhal hərbi cavab verə bilər


Danimarka Krallığının yurisdiksiyası altında olan Qrenlandiyaya ABŞ-ın mümkün hərbi müdaxiləsi halında, Danimarka ordusunun hərbi təlimatları gözləmədən dərhal cavab verə biləcəyi bildirilib.
Danimarka media orqanı Berlingske, ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarından sonra, Danimarka ordusunun hazırlıqsız qalmamasını təmin etmək üçün İkinci Dünya Müharibəsindən sonra hazırlanmış 1952-ci il tarixli bir fərmanı paylaşdı.

Fərmana əsasən, Danimarka Silahlı Qüvvələri rəsmi müharibə elan etmədən, hətta təlimat gözləmədən belə, milli əraziyə edilən hücuma cavab verə bilərdi.
Sənəddə həmçinin Danimarka əsgərlərinin "düşmən tərəfindən əsir götürülmüş və ya başqa şəkildə fəaliyyət qabiliyyətini itirmiş vəzifəli şəxslərdən" əmr almamalı olduqlarını bildirən bir müddəanın da olduğu bildirilir.

ABŞ prezidenti Tramp strateji mövqedə yerləşən ada dövləti Qrenlandiyada Rusiya və Çinin iştirakının artdığını iddia edərək "milli təhlükəsizliyimiz üçün Qrenlandiyaya ehtiyacımız var" demişdi.

Tramp həmçinin ABŞ-ın Qrenlandiya üzərində nəzarətinin daha geniş Qərb maraqlarına xidmət edəcəyini iddia edərək, Avropa İttifaqının (AB) da təhlükəsizliyi üçün "bunun lazım olduğunu" bildirmişdi.

Danimarkanın muxtar bölgəsi olan Qrenlandiya əvvəllər ABŞ-ın suverenliyin ötürülməsini əhatə edən yanaşmalarını rədd etmişdi

aia.az
Tərcümə şöbəsi



Seçilən
114
aia.az

1Mənbələr