AZ

Venesuela nümunəsi və beynəlxalq münasibətlərdə güc amilinin dominantlığı – ŞƏRH

Bakı. Trend:

Venesuelada baş verən son hadisələr bir daha göstərir ki, müasirbeynəlxalq münasibətlər sistemində həlledici rol hüquq normalarınadeyil, güc amilinə məxsusdur. Bu proseslər beynəlxalq hüququnselektiv şəkildə tətbiq edildiyini, böyük dövlətlərin isəmaraqlarına uyğun olaraq bu normaları ya tanıdığını, ya dagörməzdən gəldiyini açıq şəkildə nümayiş etdirir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Venesuelaparlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü MehribanVəliyeva deyib.

Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev hələ 2021-ciilin iyununda bu reallığı dəqiq ifadə edib:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada“güclü olan haqlıdır” prinsipi faktiki olaraq əsas meyara çevrilibvə məhz bu səbəbdən hər bir dövlət iqtisadi, siyasi və hərbibaxımdan güclü olmalıdır.

Venesuela ətrafında baş verənlər də bu tezisin praktiktəsdiqidir. Ölkənin daxili siyasi proseslərinə xarici müdaxilələr,birtərəfli sanksiyalar, legitimlik anlayışının siyasi maraqlarauyğun şəkildə dəyişdirilməsi beynəlxalq hüququn deyil, gücbalansının işlədiyini göstərir.

Maraqlıdır ki, bu məsələdə bəzi Avropa ölkələrinin mövqeyi açıqriyakarlıq nümunəsidir. Adətən “demokratiya”, “xalq iradəsi” və“suverenlik” şüarlarını önə çəkən bu dövlətlər Venesuelaməsələsində fərqli, ziddiyyətli mövqe sərgiləyirlər”.

Deputat bildirib ki, sözügedən ikili yanaşmanın əsassəbəblərindən biri ABŞ faktorudur:

“Xüsusilə Donald Tramp administrasiyası dövründə Vaşinqtonunsərt və təzyiqə əsaslanan xarici siyasəti Avropa paytaxtlarınıehtiyatlı davranmağa məcbur edib. ABŞ-nin açıq siyasi mövqeyifonunda Avropa dövlətləri Venesuela hadisələrinə prinsipial deyil,daha çox konjonktural və qoruyucu yanaşma nümayiş etdirirlər. Buisə beynəlxalq münasibətlərdə müstəqil qərarvermə imkanlarınınməhdudluğunu ortaya qoyur”.

M.Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev Yeni ilmüraciətində də güc faktoruna toxunaraq müasir dünyanın realmənzərəsini bir daha diqqətə çatdırmışdı.

“Dövlət başçısının yanaşması ondan ibarətdir ki, yalnız güclüdövlət öz maraqlarını qoruya, beynəlxalq təzyiqlərə davam gətirə vəədalətsiz yanaşmaların qarşısında dayana bilər. Azərbaycan bubaxımdan son illərdə məhz gücə əsaslanan, lakin hüquqa söykənənmüstəqil siyasət modeli formalaşdırıb.

Venesuela nümunəsi göstərir ki, beynəlxalq hüquqa kor-koranəümid bağlamaq sadəlövhlük olar. Real siyasət güc, iradə və millimaraqların qorunması üzərində qurulur. Müasir dünyada suverenliyiniqorumaq istəyən hər bir ölkə, ilk növbədə, öz gücünəarxalanmalıdır. Azərbaycan rəhbərliyinin illər əvvəl səsləndirdiyibu prinsip bu gün qlobal miqyasda baş verən proseslər fonunda dahada aktual görünür”, - deyə o qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan-Venesuela parlamentlərarasıəlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev isə Trend-ə açıqlamasındadeyib ki, Azərbaycan uzun illər beynəlxalq hüququn ikilistandartlarından əziyyət çəkib və beynəlxalq hüquq Azərbaycanməsələsinə gəldikdə faktiki olaraq işləməyib:

“Uzun illər Azərbaycan torpaqları işğal altında qalıb, dövləthesabına bir milyon məcburi köçkünümüzün sosial ehtiyaclarıqarşılanıb. Beynəlxalq güclər, təşkilatlar heç bir humanitar yardımgöstərməyiblər, Ermənistana qarşı heç bir təzyiq mexanizmindənistifadə etməyiblər. BMT-nin 4 qətnaməsi olsa da, bu, faktikiolaraq unudulub. Azərbaycan öz gücü hesabına ərazi bütövlüyün vəsuverenliyini bərpa edib. Biz gücün sayəsində hüquqlarımızı bərpaedə bilmişik”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan güclü olmayacağıtəqdirdə, hər zaman buna bənzər problemlərlə qarşılaşa bilərdi:

“Uzun illər bu təcrübəni yaşadıq, gördük, öyrəndik. MəhzPrezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib ki,biz nəyin bahasına olursa olsun, hər zaman güclü olmalıyıq.Azərbaycan ordusu Vətən müharibəsi zamanı da çox güclü idi. Ötəndövr ərzində də qat-qat gücünə güc qatıb. Biz inanırıq ki, güclüolacağımız təqdirdə, özümüz öz hüquqlarımızı müdafiə edə biləcəyik.Bizim beynəlxalq tərəfdaşlarımızın sayı artıb, bizə olan maraq dahada güclənib. Nəticə etibarilə Azərbaycan böyük layihələri uğurlaicra edə bilir. Bir sözlə, Azərbaycan, onun ordusu hər zaman güclüolmalıdır. Zəfərimizin 5 illiyi münasibətilə keçirilən hərbiparadda da gördük ki, Azərbaycan ordusunun inventarına müasirsilahlar daxil edilib. Azərbaycan ordusu yeni stildəformalaşdırılır, komando hərbi birləşmələri yaradılır, bütünsərhədboyu silahlı birləşmələr öz mövqelərini gücləndiriblər”.

Deputatın sözlərinə görə, bir daha heç bir dövlət cəsarət edibAzərbaycanla güc dili ilə danışmayacaq.

“Azərbaycan isə əldə etdiyi bu gücü, imkanları sülhə çevirir.Artıq il yarımdan çoxdur ki, sərhəddə sakitlikdir. Vaşinqtongörüşündən sonra Azərbaycan və Ermənistan arasında sülhün əldəedilməsi üçün real şanslar yaranıb. Biz inanırıq ki, Ermənistan vəonun havadarları bu şansı düzgün dəyərləndirəcəklər. Ermənistanöhdəlikləri yerinə yetirəcəyi təqdirdə, biz 2026-cı ilin sülh ilikimi tarixə keçəcəyinə şahidlik edə biləcəyik”, - deyə N.Həmzəyevfikrini yekunlaşdırıb.

Seçilən
31
az.trend.az

1Mənbələr