Paytaxtın Nəsimi rayonunda yerləşən B-4 metrostansiyası bu il istifadəyə veriləcək.
Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcən şərti adı B-04 olan stansiyanın inşası başa çatmaq üzrədir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, tikinti-quraşdırma işləri başa çatandan sonra infrastruktur yaradılacaq və stansiya istifadəyə hazır olacaq.
Bəxtiyar Məmmədov onu da qeyd edib ki, hazırda yaşıl və qırmızı xətlərin ayrılması üzrə hazırlıq işləri tamamlanmaq üzrədir. Həmçinin Cəfər Cabbarlı stansiyasıından qatarların Nizami istiqamətində hərəkət etməsinə lazım olan 200 metrlik tunel üçün 2 müxtəlif hazırlıq şaxtasında işlər aparılır.
Dövlət Proqramına uyğun olaraq inşası nəzərdə tutulan 10 yeni metrostansiyanın tikintisi istiqamətində də hazırlq işlərinə artıq start verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.