AZ

Rubio Qrenlandiya məsələsini müzakirə etmək üçün Danimarka rəsmiləri ilə görüşəcək

Vaşinqton, 7 yanvar, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio gələn həftə Qrenlandiya ilə bağlı məsələləri müzakirə etmək üçün Danimarka rəsmiləri ilə üçün görüşəcək. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlama verib. O, Prezident Donald Trampın əvvəlcədən Qrenlandiyanı almaq niyyətində olduğunu bildirib.

“Bu, yeni deyil. O, bu barədə ilk prezidentliyi müddətində də danışmışdı. Tramp Qrenlandiyanı necə əldə edə biləcəyimizi nəzərdən keçirən ilk ABŞ Prezidenti deyil. Orada maraq məsələsi var”, - deyə o qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
78
1
azertag.az

2Mənbələr