ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün razılaşma “qapıda”dır.
Diplomat “Fox News”da bildirib ki, “Bir neçə razılaşmanın yekunlaşacağını gözləməliyik. Onlardan biri Ukrayna üçün təhlükəsizlik çərçivəsi barədə razılığa gələcək təxminən 50 müttəfiq ölkəni əhatə edən “könüllülər koalisiyasıdır”. Uitaker əlavə edib ki, bu razılaşma Rusiya ilə yekun sülh müqaviləsinin yolunu aça bilər.
“Biz həqiqətən uzun bir yol qət etmişik. Bu, əlamətdar bir inkişafdır və biz sülh müqaviləsinin astanasında ola bilərik”, – o deyib.
//Samir Qurbanov, Editor.az