2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda antifriz istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 30.1 faiz artıb.
Redaktor.az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 603 624.54 kiloqram antifriz istehsal edilib.
2024-cü ilin yanvar-sentyabr aylarında antifriz istehsalı 464 020.29 kiloqram təşkil edib ki, 2025-ci ilin ilk doqquz ayında antifriz istehsalı illik müqayisədə 139 ton 604.25 kiloqram və ya təxminən 30.1 faiz artıb (oxu.az).