AZ

Mikki Rurk maddi durumu ilə bağlı söz-söhbətlərə reaksiya verdi » AzadMedia.az


73 yaşlı Hollivud aktyoru Mikki Rurk sosial şəbəkələrdə maddi vəziyyəti və yaşayış şəraitinin müzakirə olunmasını “alçaldıcı” adlandırıb. O, Instagram hesabında bildirib ki, heç vaxt nə tanımadığı insanlardan, nə pərəstişkarlarından, nə də başqasından maddi yardım istəməzdi.
Bu açıqlama aktyorun yaşadığı evin sahibi Erik Goldinin ona qarşı Los-Anceles dairəsinin Ali Məhkəməsində iddia qaldırmasından sonra səslənib. İddiaya əsasən, Mikki Rurk 59 100 dollar məbləğində kirayə borcunu ödəməyib. Məhkəmə sənədlərinə görə, aktyora borcu ödəmək və ya evi tərk etmək üçün üç gün vaxt verilib.
Rurkun meneceri Kimberli Hайнz bildirib ki, aktyor Beverli-Qrouv ərazisində yerləşən evdə təxminən 10 il yaşayıb və mülk yalnız 2024-cü ildə yeni sahib tərəfindən alınıb. Onun sözlərinə görə, kirayə haqqı əvvəlcə aylıq 5200 dollar olduğu halda sonradan 7000 dollara qaldırılıb və şərtlər dözülməz həddə çatıb.
Hadisədən sonra Rurkun xahişi ilə GoFundMe platformasında yardım kampaniyası başladılıb və qısa müddətdə 100 min dollardan çox vəsait toplanıb. Lakin aktyor bu vəsaiti qəbul etməkdən imtina edib. O, hazırda Qərbi Hollivudda hoteldə qalır və yaxın günlərdə Los-Ancelesin Koreya məhəlləsindəki mənzilə köçəcək.
Məhkəmə baxışı aprel ayına təyin olunub. Meneceri Kimberli Hайнz isə bildirib ki, Mikki Rurk prinsiplərinə sadiq insandır və çətin vəziyyətdə olsa da, başqalarının yardımını qəbul etmir.
Seçilən
64
1
azadmedia.az

2Mənbələr