Vaşinqton, 7 yanvar, AZƏRTAC
“Venesuela artıq Amerika Birləşmiş Ştatlarına qanunsuz narkotik göndərməyəcək”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib. O, bildirib ki, Venesuela əvvəlki kimi qanunsuz yollarla insanları və cinayətkar kartelləri ABŞ-a göndərə bilməyəcək, qaçaqmalçılıq etməyəcək.
“Biz hazırda müvəqqəti hakimiyyət orqanları ilə sıx əlaqədəyik və onların qərarları Amerika Birləşmiş Ştatları tərəfindən diktə edilməyə davam edəcək”,- deyə Livit əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton