AZ

Baş keşişdən Milad bayramı açıqlaması: Bu günü bütün möminlər gözləyirdilər

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yanvarın 7-də Xaçmazda yerləşən Müqəddəs Möcüzəvi Nikolay pravoslav kilsəsində Milad bayramı qeyd olunub.

Baku TV xəbər verir ki, bayram münasibətilə ölkənin şimal rayonlarında yaşayan pravoslav xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar.

Kilsənin baş keşişi Georgi Budaqov bayram münasibətilə möminləri və ölkə əhalisini təbrik edib.

O bildirib ki, Milad - İsa peyğəmbərin mövludu bütün xristianlar üçün müqəddəs və əlamətdar gündür:

"Bu günü bütün möminlər gözləyirdilər. Bayram münasibətilə onları təbrik edirəm. Allah ölkəmizi hifz etsin. Sülh və əmin-amanlıq içində yaşayaq".

Xaçmaz sakini Marianna Movludovna isə qeyd edib ki, uzun illərdir bu kilsəni ziyarət edir:

"Mən Xaçmazda doğulub, böyümüşəm. Özümü dərk edəndən bu kilsəyə gəlirəm. Burada bizi çox yaxşı qəbul edirlər, keşişimiz də yaxşıdır. Neçə illərdir buranı ziyarət edirik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
baku.ws

1Mənbələr