AZ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusarrayonuna səfər edib.

Trend xəbər verirki, səfər çərçivəsində Leyla Əliyeva Qusar rayonunun Hil kəndindəyaşayan Rəmixanovlar ailəsinin qonağı olub və “Kənd Həyatı”(Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişindəiştirak edib.

Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milliyeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləriilə birlikdə iştirak edib. O, ölkəmizin şimal bölgəsinə xas olankənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanışolub.

Leyla Əliyeva Azərbaycanın zəngin kulinariya mədəniyyətinintəbliğində, ölkəmizin dünyanın müxtəlif ölkələrində tanıdılması vəsevilməsi istiqamətində gördükləri işlərə görə Rəmixanovlarailəsinə təşəkkürünü bildirib, onların bu əhəmiyyətli layihəsinəuğurlar arzulayıb.

Qeyd edək ki, “Kənd Həyatı” “YouTube” kanalı 8 milyondan çoxizləyiciyə və 3 milyarda yaxın baxış sayına malikdir. Milli mətbəxnümunələrini və kənd həyatını əks etdirən paylaşımları ilə genişpopulyarlıq qazanan Rəmixanovlar ailəsinin videoları təkcəAzərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində geniş izləyiciauditoriyası tərəfindən maraqla qarşılanır.

Buraxılışı aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz:https://youtu.be/ixT64--c_d0

Seçilən
92
47
az.trend.az

10Mənbələr