Evdən çıxmamaq psixikanı pozur və zəkanı dumanlayır.
İnterpress.az xəbər verir ki, mütəxəssislər insanların daim qapalı məkanda qalmasının təhlükələri barədə xəbərdarlıq ediblər.
Ekspertlərin hesablamalarına görə, müasir dövrdə insanlar vaxtlarının 93 faizini qapalı məkanlarda keçirirlər. Mütəxəssislər bu vəziyyətə “rəqəmsal piylənmə” adı veriblər.
Bildirilir ki, ekranlar, süni işıq və daimi zehni yük sinir sistemini gün ərzində demək olar ki, daimi təşviş rejimində saxlayır və onun bərpa olunmasına imkan vermir.
Həkimlər qeyd edir ki, beynin “yenidən yüklənməsi” üçün gündüz işığı, təmiz hava, gecə qaranlığı və telefona deyil, uzaq məsafələrə baxmaq həyati əhəmiyyət kəsb edir.
Gündə cəmi 100 dəqiqə təmiz havada olmaq yuxunu, diqqəti, əhval-ruhiyyəni və orqanizmin ümumi vəziyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.
Xuraman Etibarlı
İnterpress.az