Bakı. Trend:
ABŞ Energetika Nazirliyi Venesuela enerji sektoruna tətbiqedilən məhdudiyyətlərin qismən aradan qaldırıldığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmiaçıqlamasında bildirilib.
Məlumata əsasən, bu addım neft və neft məhsullarının dünyabazarlarına qanuni ixracını təmin etmək məqsədi daşıyır.
ABŞ hakimiyyəti bütün tədarüklərə ciddi nəzarət etməkniyyətindədir: Venesuelaya və Venesueladan neftin daşınması yalnızABŞ qanunlarına və milli təhlükəsizlik maraqlarına uyğun olanqanuni və səlahiyyətli kanallar vasitəsilə həyata keçiriləcək.
Energetika Nazirliyinin planında istehsal prosesinə xüsusidiqqət yetirilir. Venesuela xam neftinin yüksək özlülüyünə görə ABŞölkəyə durulaşdırıcılar (yüngül xam neft) tədarük etməyəbaşlayacaq. Bunlar ağır xam neftin qarışdırılması və keyfiyyətininartırılması üçün vacibdir ki, bu da onun istehsalını və nəqlinioptimallaşdıracaq.