AZ

Bu ölkədə hərbi çevrilişə cəhd edildi

Burkina Fasoda hərbi çevrilişə cəhd edilib.Metbuat.az xəbər verir ki, bu barədə Təhlükəsizlik naziri Mahamadou Sana dövlət televiziyasına açıqlamasına bildirib. Məlumata görə, hərbçi çevriliş cəhdi keçmiş keçid hökumətinin lideri Paul-Henri Sandaogo Damiba tərəfindən təşkil edilib. Lakin onun cəhdinin qarşısı alınıb. Mahamadou Sana bildirib ki, keçmiş keçid hökumətinin lideri Damibanın məqsədi hərbi rejimin lideri İbrahim Traoreni zərərsizləşdirməkdir. Sana vəziyyətin nəzarət altında olduğunu və hərbi çevriliş cəhdində iştirak edənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Qeyd edək ki, 2022-ci ildə hazırkı hərbi rejimin lideri İbrahim Traore çevriliş yolu ilə hakimiyyətə gələn polkovnik Paul-Henri Sandaogo Damibanı devirib. Damiba da öz növbəsində 2022-ci ildə o vaxtkı prezident Roch Marc Christian Kaboreni devirərək hakimiyyəti ələ keçirib.

Seçilən
53
2
metbuat.az

4Mənbələr