Bakı.Trend:
Güclü qar və buzlu hava şəraiti Avropanın bir neçə şəhərindəhava limanlarının fəaliyyətini pozub.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzetixəbər verib.
Məlumata əsasən, bu həftə Amsterdamın Sxipxol hava limanında2000-dən çox uçuş ləğv edilib və ləğvlərin davam edəcəyigözlənilir. Aviaşirkətlər Almaniya, Belçika və Fransaya uçuşlarıtəxirə salmaq məcburiyyətində qalıblar.
Fransa və Niderlanddakı meteorologiya agentlikləri güclü qar vəbuz səbəbindən əksər departamentlər üçün narıncı hava xəbərdarlığıelan edib. Hava şəraitinin kəskin soyuması səbəbindən Paris və onunətraf ərazilərində ağır yük maşınlarının və minik avtomobillərininhərəkətinə məhdudiyyətlər tətbiq edilib.