AZ

Dövlət sərhədinin texniki mühafizə və müdafiəsinin gücləndirilməsinə dair göstəriş verildi

Dövlət sərhədinin texniki mühafizə və müdafiəsinin gücləndirilməsinə dair göstəriş verilib.

“Poliqon” xəbər verir ki, bu məsələyə 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair Dövlət Sərhəd Xidmətində keçirilən hesabat müşavirəsində toxunulub.

2026-cı ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətə çatdırılaraq sərhədçilərin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir tapşırığını böyük şərəf və qürurla icra etməyə hazır olması, dövlət sərhədinin texniki vasitələrlə mühafizə və müdafiəsinin gücləndirilməsi, çətin relyefə malik ərazilərdə və istənilən hava şəraitində qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçuların hazırlanması, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, hərbi intizamın möhkəmləndirilməsi və şəxsi heyətin sağlamlığının qorunması istiqamətində tədbirlərin görülməsi barədə göstərişlər verilib.

Seçilən
20
poliqon.az

1Mənbələr