Kolumbiya ABŞ Prezidenti Donald Trampın hədələrinə reaksiya verib. Metbuat.az xəbər verir ki, Kolumbiyanın xarici işlər naziri Rosa Yolanda Villavicencio ABŞ-nin mümkün müdaxiləsinə hərbi yolla cavab veriləcəyini ifadə edib. Trampın "Kolumbiyada əməliyyat yaxşı səslənir" ifadəsinə cavab verən diplomat bildirib ki, Kolumbiya suverenliyini hərbi yolla müdafiə edəcək. O, “Suverenliyimizi müdafiə etməkdə qətiyik. Bunun üçün Prezident Qustavo Petronun komandanlığı altında yüksək səviyyədə hazırlıqlı və təchiz olunmuş ordumuz var və bu ordu xalqımızı müdafiə etməlidir", - deyə bildirib. O, ABŞ ilə diplomatik kanalların açıq saxlanıldığını və dialoqun onlar üçün prioritet olduğunu vurğulayıb. Villavisensio həmçinin bildirib ki, onlar Boqotadakı ABŞ-nin müvəqqəti işlər vəkili Con MakNamara ilə görüşəcək və Donald Trampın bəyanatı ilə bağlı ona etiraz notası verəcəklər.