Qırğızıstanda evində saxladığı yetimlərə ağlasığmaz işgəncələr verən sadist tutulüb.
İnterpress.az xəbər verir ki, Qırğızıstanda bir neçə ay ərzində ev yoldaşlarına qarşı amansız rəftar edən şəxs saxlanılıb.
Məlumata görə, həmin şəxs imkansız ailələrdən olan bir neçə yetimi öz evində yerləşdirərək onlardan qulluqçu kimi istifadə edib.
O, əylənmək məqsədilə mütəmadi olaraq həmin şəxslərə işgəncə verib: onları elektroşokerlə vurub, üzlərinə montaj köpüyü sıxıb və sidik içməyə məcbur edib.
Bildirilir ki, bu, kameraya düşən vəhşiliklərin yalnız kiçik bir hissəsidir.
Sadist bu görüntüləri sosial şəbəkələrdə paylaşıb və nəticədə polisin diqqətini cəlb edib.
Hazırda həmin şəxs saxlanılıb, faktla bağlı cinayət işi başlanıb.

Xuraman Etibarlı
İnterpress.az