AZ

Gündə bir ovuc qoz yemək yaddaşıgücləndirir

Böyük Britaniyada aparılan yeni elmi araşdırma gündəlik qoz istehlakının insan beyninə müsbət təsir göstərdiyini ortaya qoyub.

Redaktor.az xəbər verir ki, tədqiqat nəticələrinə əsasən, gündə az miqdarda qoz yeyən şəxslərdə yaddaş, diqqət və məlumatı xatırlama qabiliyyəti daha yüksək olub.

Alimlər bildiriblər ki, qozun tərkibində bol miqdarda omeqa-3 yağ turşuları, E vitamini və antioksidantlar mövcuddur. Bu maddələr beyin hüceyrələri arasında əlaqəni möhkəmləndirir, sinir sisteminin qocalma prosesini ləngidir. Xüsusilə 40 yaşdan yuxarı şəxslər üzərində aparılan müşahidələr zamanı diqqət dağınıqlığının və zehni yorğunluğun azaldığı qeydə alınıb.

Mütəxəssislər qozun həddindən artıq deyil, gündə 3–4 ədəd istehlak edilməsinin kifayət etdiyini vurğulayırlar. Onların sözlərinə görə, qozun səhər saatlarında və ya günorta yeməkləri arasında yeyilməsi daha faydalıdır.

Xədicə BAXIŞLI

Seçilən
113
1
redaktor.az

2Mənbələr