Bakı. Trend:
ABŞ heç bir konkret ölkəyə məxsus olmayan Venesuela neftidaşıyan daha bir tanker olan, "Sophia" adlı tankeri saxlayıb.
Trend-inməlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livittbrifinqdə bildirib.
Onun sözlərinə görə, yanvarın 7-də ABŞ "Sofiya adlı başqa birtankeri saxlayıb; əməliyyat Pentaqon və ABŞ Daxili TəhlükəsizlikDepartamenti tərəfindən birgə həyata keçirilib".
"Bu, "kölgə" donanmasından olan, sanksiyalı milli olmayan birtankerdir və [saxlanma] heç bir insident olmadan baş verib", - deyəK.Livitt qeyd edib.