AZ

Metroda DƏHŞƏT: “Powerbank” partladı, sərnişin ALOVLARA BÜRÜNDÜ – VİDEO

Çin metrosunda cibindəki “powerbank” partlayan sərnişin diri-diri yanmaqdan son anda xilas edilib.

İnterpress.az xəbər verir ki, Çin metrosunda sərnişinlərdən biri cibindəki xarici enerji cihazının (“powerbank”) qəfil alışması səbəbindən az qala diri-diri yanacaqdı.

Məlumata görə, alov anidən həmin şəxsi bürüyüb. Lakin metro əməkdaşları dərhal hadisəyə müdaxilə edərək yanğınsöndürən balon vasitəsilə kişinin gödəkçəsindəki alovu söndürməyə və həyatını xilas etməyə macal tapıblar.

Qeyd olunur ki, “partlayış” baş verən zaman enerji qurğusu işlək vəziyyətdə olmayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
1
interpress.az

2Mənbələr