AZ

Venesuela şirkəti ABŞ ilə neft tədarükünü müzakirə edir

Venesuelanın neft şirkəti PDVSA xam neft tədarükü ilə bağlı ABŞ ilə danışıqlar aparır.

Teleqraf xəbər verir ki, şirkət bu barədə Telegram kanalında məlumat verib.

"PDVSA, hazırda iki ölkə arasında mövcud olan ticarət münasibətləri çərçivəsində neft satmaq üçün ABŞ ilə danışıqlar apardığını elan edir", - deyə açıqlamada bildirilir.

Danışıqlar Amerikanın "Chevron" şirkəti ilə də aparılır.

Bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-yə 30-50 milyon barel neft tədarük edəcəyini açıqlamışdı. O, bu neft satışından əldə edilən gəliri hər iki ölkə xalqlarının rifahı naminə istifadə ediləcəyini vəd edib.

Seçilən
57
teleqraf.com

1Mənbələr